Ana Sayfa > Manşet / Gündəm > DTX və DİN-dən birgə əməliyyat - Keçmiş çay fabrikindən silah-sursat tapıldı
DTX və DİN-dən birgə əməliyyat - Keçmiş çay fabrikindən silah-sursat tapıldı9-08-2018, 12:03. Yazar: sevinc1 |
Astarada çay fabrikindən silah-sursat tapılıb. Bu haqda aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Daxil olmuş əməliyyat məlumatı əsasında Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülmüş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb. aia.az Geri dön |