Ana Sayfa > Karusel / Cəmiyyət > Daşkəsəndə süni göldə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Daşkəsəndə süni göldə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB


8-08-2018, 10:28. Yazar: sevinc1
Daşkəsəndə süni göldə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB




Daşkəsən rayonunun Əmirvar kəndində süni göldə batmış 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun axtarışları başa çatıb.

FHN-dən aia.az-a verilən məlumata görə, H.İmamverdiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.​

XXX

09:29

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

aia.az
Geri dön