Ana Sayfa > Ölkə > Nazir müavini: Ölkəni tərəvəz toxumu ilə təmin edəcək yeni şəhərcik salınır

Nazir müavini: Ölkəni tərəvəz toxumu ilə təmin edəcək yeni şəhərcik salınır


7-08-2018, 12:48. Yazar: sevinc1
Nazir müavini: Ölkəni tərəvəz toxumu ilə təmin edəcək yeni şəhərcik salınır


"Ölkədə 6 hektar qapalı, 30 hektar açıq sahəsi olan yeni böyük şəhərçik salınır".

aia.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri avqustun 7-də "Respublikada bitki sortlarının qeydiyyatı, toxumçuluğun mövcud vəziyyəti, problemlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən respublika müşavirəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyev bildirib: "Bildiyiniz kimi, tərəvəz toxumu ilə bağlı ölkə prezidentinin sərəncamı əsasında vəsait ayrılıb. Həmin vəsait hesabına Tərəvəzçilik İnstitutunun bazasında böyük şəhərcik salınır. Bununla da ölkədə tərəvəz toxumuna olan təminatı 100% daxili istehsal odəyəcək".

aia.az
Geri dön