Ana Sayfa > Karusel / Cəmiyyət > Tovuzda 2 nəfər minaya düşdü

Tovuzda 2 nəfər minaya düşdü


7-08-2018, 12:33. Yazar: sevinc1
Tovuzda 2 nəfər minaya düşdü


Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.

Report-un məlumatına görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

aia.az
Geri dön