Ana Sayfa > Dünya > Madurodan sui-qəsd açıqlaması: Bir neçə saat sonra…
Madurodan sui-qəsd açıqlaması: Bir neçə saat sonra…7-08-2018, 12:32. Yazar: sevinc1 |
Kolumbiya hökumətinin Venesuela rəhbərinə qarşı sui-qəsdin arxasında dayanmasıyla bağlı kifayət qədər sübut var. Axar.az xəbər verir ki, bu barədə bəyanatı öz Tvitter səhifəsində Venesuela Prezidenti Nikolas Maduro yayıb. O, indiyə qədər sui-qəsddə iştirak edən polis və hərbçilərin ələ keçirildiyini, hazırda isə bunu planlayanların ələ keçirilməsi üçün çalışdıqlarını bildirib. Maduro yaxın bir neçə saat içərisində Kolumbiya hökumətinin bu sui-qəsddə iştirakı ilə bağlı sübutları ictimaiyyətə təqdim edəcəklərini söyləyib. Qeyd edək ki, bundan öncə Kolumbiyanın artıq keçmiş prezidenti olan Xuan Manuel Santos Maduronun sui-qəsdlə bağlı ünvanına səsləndirdiyi bütün ittihamları rədd etmişdi. aia.az Geri dön |