Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Vəkil: Cahangir Hacıyev 400 milyonluq kreditin 200 milyonunu qaytarıb

Vəkil: Cahangir Hacıyev 400 milyonluq kreditin 200 milyonunu qaytarıb


11-12-2015, 17:33. Yazar: admin

“Bəzi sübutlar xaricdədir”.

Cahangir Hacıyev 400 milyonluq kreditin 200 milyonunu qaytarıb.

Bunu Cahangir Hacıyevin vəkili Aqil Layıcov AzadlıqRadiosunun suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Hacıyev ona verilən ittihamları qəbul etmir.

“Kredit verilibsə, qaytarılmayıbsa, onluq məsələ deyil. Əslində, qaytarılmaqdan da getmir söhbət, kreditin qaytarılmasında ləngimələr var.

Bu isə öz həllini tapa bilən məsələdir. Cahangir Hacıyevin içəridə olması bu məsələnin həllinə maneə yaradacaq. O, azadlıqda ikən 400 milyonluq vəsaitin 200 milyondan artığının banka qaytarılmasına nail olub.

Öz əlaqələri, kanalları vasitəsilə bunu edib, bəzi sübutlar xaricdədir. İndi istintaq təcridxanasında saxlanması onun bu işi başa çatdırmasına imkan vermir. O, həbs ediləndən sonra bir manat da olsun geri qayıtmayıb”.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə Cahangir Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.
Geri dön