Ana Sayfa > Manşet / Gündəm > Prezident yol tikintisinə 4 milyon manat ayırdı
Prezident yol tikintisinə 4 milyon manat ayırdı4-08-2018, 17:10. Yazar: sevinc1 |
Prezident İlham Əliyev Samux rayonunun Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. aia.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, 4 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır. aia.az Geri dön |