Ana Sayfa > Manşet / Ölkə > Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ


3-08-2018, 12:10. Yazar: sevinc1
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ


Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə aia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.


aia.az
Geri dön