Ana Sayfa > Manşet / Gündəm > DİN-dən Gəncədə baş verdiyi iddia edilən olayla bağlı AÇIQLAMA
DİN-dən Gəncədə baş verdiyi iddia edilən olayla bağlı AÇIQLAMA2-08-2018, 14:24. Yazar: sevinc1 |
Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhərində baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır, həmin hadisə Azərbaycanda baş verməyib. aia.az xəbər verir ki, bunu Report-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev bildirib. O deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə bir hadisə qeydə alınmayıb. İ.Babayev mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb. DİN-in mətbuat xidmətinin Qərb Regional Qrupundan da "Report"un yerli bürosuna bildirilib ki, yayılan video təxribat xarakteri daşıyır: "Hadisəsinin guya Gəncə şəhərində baş verməsi tamamilə yalandır". Qeyd edək ki, yayılmış video görüntülərdə hicablı qadının dükanda bir kişi tərəfindən diri-diri yandırılması əks olunur. Bəzi xəbər saytları həmin hadisənin Gəncə şəhərində baş verdiyini iddia edib. aia.az Geri dön |