Ana Sayfa > Manşet / Parlament > “OBA”nın administratoru bıçaqlandı – Əxlaqsız hərəkətə görə
“OBA”nın administratoru bıçaqlandı – Əxlaqsız hərəkətə görə2-08-2018, 11:17. Yazar: sevinc1 |
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. aia.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə şəhər Ticarət Mərkəzində baş verib. Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən "Bərdə OBA market-7" mağazasında işləyən Məmmədova Yeganə Şakir qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib. Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib. Nəticədə R.Mamedov üzərində gəzdirdiyi bıçaqla Ü.Həsənovun bədəninin müxtəlif nayihələrinə 4 bıçaq zərbəsi vurub. Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən R.Mamedov tutularaq istintaqa təhvil verilib. aia.az Geri dön |