Ana Sayfa > Karusel / Ölkə > Avtobus sürücülərinin planı da qaldırılıb? - AÇIQLAMA
Avtobus sürücülərinin planı da qaldırılıb? - AÇIQLAMA1-08-2018, 16:25. Yazar: sevinc1 |
Tarif (qiymət) Şurasının qərarı ilə avqustun 1-dən metro və şəhərdaxili avtobuslarda sərnişin daşınması 1 gediş üçün 30 qəpiyə, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Son dəyişikliklə nağd ödənişlə çalışan avtobus sürücülərinin gündəlik planının da artırıldığı bildirilir. Məsələ ilə bağlı Modern.az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agenliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, plan hər bir marşrut xətti üzrə fərdi olaraq daşıyıcı tərəfindən müəyyən edilib: “BNA hər zaman plan sisteminin əlehinə olub. Biz hər zaman tərəfdarı olmuşuq ki, plan sistemi ləvğ edilsin və nağdsız ödənişə keçilsin. Son qiymət tənzimlənməsi artıq bu keçidin də sürətlənməsinə imkan verir. Və daşıyıcılar artıq planın artırılması deyil, əksinə bu sistemdən azad olmanın yollarını düşünməlidirlər”. M.Ağayev qeyd edib ki, daşıyıcılar son qiymət tənzimlənməsini sərnişindaşıma fəaliyyətini daha müasir formada qurmaq üçün bir şans olaraq dəyərləndirməli, bu sahəyə daha çox sərmayə cəlb edərək inkişafa nail olmalıdırlar. aia.az Geri dön |