Ana Sayfa > Karusel / Gündəm > Elman Rüstəmov: “İnflyasiya azalıb”

Elman Rüstəmov: “İnflyasiya azalıb”


1-08-2018, 12:33. Yazar: sevinc1
Elman Rüstəmov: “İnflyasiya azalıb”


"Azərbaycanda xidmət sahələri üzrə inflyasiya azalıb, orta illik inflyasiya 4 dəfədən çox aşağı düşüb”.


Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.



E.Rüstəmov bildirib ki, inflyasiya xidmət sahələri üzrə azalıb, tekstil, sənaye sahləri üzrə artıb:

“Ev təsərrüfatları üçün ümum inflyasiya göstəriciləri 3,9% qiymətləndirilir".

Baş bankir "Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyinin Azərbaycanın investisiya mühiti ilə bağlı verdiyi reytinqə də münasibət bildirib.

O qeyd edib ki, reytinq ədalətli deyil:

“Bizim reytinqimizi yaxşılaşdırmaq potensialımız mövcuddur. Bununla bağlı işlər görülür. Bizim gördüyüm iş Azərbaycanın reytinqin yaxşılaşdırılmasına təsir edəcək”.



aia.az
Geri dön