Ana Sayfa > Manşet / Ölkə > “Bakubus” avtobuslarında MÜBAHİSƏ - Kondisioner işləmirsə, sərnişin nə etməlidir?
“Bakubus” avtobuslarında MÜBAHİSƏ - Kondisioner işləmirsə, sərnişin nə etməlidir?31-07-2018, 10:54. Yazar: sevinc1 |
Son günlər “Bakubus”a məxsus avtobuslarda sürücü ilə sərnişin arasında “kondisioner mübahisələri”nin şahidi oluruq. Havalar isti olduğu üçün sərnişinlərin şikayətləri çoxdur. Bəzi sürücülər istiyə rəğmən bilərəkdən kondisioneri yandırmırlar. Maraqlıdır, sürücülərin bu cür haqqı varmı? Sərnişin kondisioner işə salınmadığı halda nə etməlidir? “BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Babayev Modern.az saytına bildirib ki, hazırda 15 marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus bütün avtobuslarda kondisionerlər işləyir: “Avtobuslarda kondisionerlər normal sərinlik verən qaydada quraşdırılıb və bu işə mərkəzləşdirilmiş şəkildə nəzarət olunur. Sürücülər tərəfindən avtobuslarda kondisionerlər söndürülmür və bu, qəti qadağandır. Eyni zamanda qeyd edim ki, gün ərzində fəaliyyətdə olan hər hansı bir avtobusun kondisionerində nasazlıq yarana bilər. Belə hallarda nasazlığın aradan qaldırılması istiqamətində dərhal müvafiq tədbirlər görülür. Sonuncu dayanacaqda “BakuBus” MMC-nin Mobil Servis Qrupu tərəfindən avtobusun kondisionerində yaranan nasazlıq aradan qaldırılır və ya həmin avtobus digəri ilə əvəzlənir. Həmçinin, avtobuslar gecə saatlarında qarajda texniki baxışdan keçirilir”. Qabil Babayev qeyd edib ki, sərnişinlər avtobuslarda kondisionerlərin işləməməsi və ya zəif işləməsi ilə qarşılaşsalar, “BakuBus” MMC-yə müraciət edə bilərlər: “Bu halda da müraciət əsasında dərhal araşdırma başlanır və nasazlıq varsa, tez bir zamanda aradan qaldırılır”. aia.az Geri dön |