Ana Sayfa > Ölkə > Altıağac Milli parkında YANĞIN- Nazirlik açıqlama verdi

Altıağac Milli parkında YANĞIN- Nazirlik açıqlama verdi


28-07-2018, 15:55. Yazar: sevinc1
Altıağac Milli parkında YANĞIN- Nazirlik açıqlama verdi


Bu gün günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, yanğının söndürülməsinə dərhal ETSN-nin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.



Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

aia.az
Geri dön