Ana Sayfa > Manşet / Ölkə > Bakı-Sumqayıt yolu BAĞLANIR - Alternativ yollardan İSTİFADƏ EDİN
Bakı-Sumqayıt yolu BAĞLANIR - Alternativ yollardan İSTİFADƏ EDİN27-07-2018, 15:06. Yazar: sevinc1 |
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) aia.az-a verilən məlumatda bildilib. İyulun 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək qeyd edilən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək. Ancaq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq digər alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. Alternativ yollar: 1. Sumqayıt şəhəri, Saray və Masazır qəsəbələrindən: - Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən, - Binəqədi şossesindən, - Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsi ilə Heydər Əliyev prospektindən şəhərə daxil olmaq mümkündür. 2. H.Z.Tağıyev-Sahil avtomobil yolundan: - Ələt-Bibiheybət və Ələt-Lökbatan dairəsi-Bakı-Dairəvi-1 yolu, - Şamaxı yolu-Sulutəpə dairəsi-Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 marşrutu ilə şəhərə daxil olmaq mümkündür. 3. Bakı-Sumqayıt yolundan: - Xırdalan dairəsi-Binəqədi qəsəbəsi marşrutu üzrə Binəqədi şossesindən, həmçinin Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən, - Ekologiya postu – 4-cü qapı küçəsi (Biləcəri-Binəqədi yolu) vasitəsi ilə Binəqədi şossesindən, həmçinin 4 -cü qapı küçəsi-Biləcəri qəsəbəsindən, - Xocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 yollarından, - Avtovağzal-Biləcəri qəsəbəsi marşrutu ilə şəhərə daxil olmaq mümkündür. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir. aia.az Geri dön |