Ana Sayfa > Gündəm > Emindən Zaranın Bakıya gəlməsinə REAKSİYA

Emindən Zaranın Bakıya gəlməsinə REAKSİYA


26-07-2018, 18:00. Yazar: sevinc1
Emindən Zaranın Bakıya gəlməsinə REAKSİYA


"Jara” festivalının təşkilatçısı, xalq artisti Emin Ağalarov Rusiyanın əməkdar artisti Zara Mqoyanın Bakıya gəlməsi ilə bağlı məsələyə reaksiya verib.

BakuPost xəbər verir ki, Emin festivalın açılışı münasibətilə təşkil olunan mətbuat konfransında xanım müğənninin erməni yox, kürd olduğunu deyib:

"Zara kürddür. Bu işdə neqativ görənlərin öz fikri var. Musiqi festivalı müsbət emosiya deməkdir. Mən bunun belə olmasını istəyirəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə Zaranın erməni əsilli olması və Bakıya gəlişinin doğru hesab edilməməsi haqda fikirlər səslənir. Onun Bakıya gəlməsinə qarşı olanlar isə festivalı boykot ediblər

aia.az
Geri dön