Ana Sayfa > Karusel / Dünya > Rusiyalı səfirin qətli ilə bağlı daha bir nəfər həbs olundu

Rusiyalı səfirin qətli ilə bağlı daha bir nəfər həbs olundu


26-07-2018, 17:21. Yazar: sevinc1
Rusiyalı səfirin qətli ilə bağlı daha bir nəfər həbs olundu


Türkiyədə öldürülmüş Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovun cinayət işində daha bir nəfər həbs edilib.



aia.az “Haber Türk” nəşrinə istinadən xəbər verir ki, cinayətdə şübhəli əvvəllər polis işləmiş Ufuk G. tutularaq istintaqa təhvil verilib.



Ufukun sui-qəsdi həyata keçirən Mevlut Mert Altıntaşla FETÖ terror qruplaşmasında eyni qrupa daxil olduqları müəyyənləşib. Qrupun gizli iclaslarına birgə getdikləri aydınlaşıb.



Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 19 dekabr 2016-cı ildə Ankara müasir İncəsənət Mərkəzində mühafizəçinin güllələməsi nəticəsində kameraların qarşısında can verərək ölüb. Səfirə arxadan odlu silahla atəş açan Mevlut Mert isə bir müddət salondakıları əsir almasından sonra hüquq mühafizə orqanları tərəfindən məhv edilib.



aia.az
Geri dön