Ana Sayfa > Gündəm > İlqar Məmmədovun məhkəməsi keçiriləcək
İlqar Məmmədovun məhkəməsi keçiriləcək26-07-2018, 13:37. Yazar: sevinc1 |
REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun cinayət işi üzrə apellyasiya şikayətinə baxılacaq. Bu barədə Modern.az-a vəkil Fuad Ağayev məlumat verib. O qeyd edib ki, İlqar Məmmədovun cinayət işi üzrə yeni apellyasiya baxışı Şəkidə 10 avqust, saat 11-də keçiriləcək. Qeyd edək ki, İ.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il hökmü ilə 7 il müddətinə azadlqıdan məhrum edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu REAL hərəkatını sədri İlqar Məmmədov barədə qərarı elan edib. Qərara görə Məmmədov İlqar Eldar oğlunun Azərbaycan Respublikası CM-nin 220.1 və 315.2-ci maddələrilə məhkum edilməsinə dair cinayət işi üzrə onun barəsindəki Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 noyabr 2016-cı il tarixli və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2016-cı il tarixli qərarları ləğv olunub. aia.az Geri dön |