Ana Sayfa > Parlament / Aia TV / Karusel > Bakıda sevgilisini qısqanan qız özünü binadan atdı
Bakıda sevgilisini qısqanan qız özünü binadan atdı10-12-2015, 13:58. Yazar: admin |
Xəstənin vəziyyəti kritikdir. Dünən Bakının Xətai rayonunda intihara cəhd olub. Aia.az xəbər verir ki, bu barədə haqqin.az-a Xətai rayon Polis İdarəsindən bildiriblər. Belə ki, təxminən saat 21.30 radələrində 1997-ci il təvəllüdlü Aşurova Xatirə Səlim qızı özünü Mehmandarov küçəsində yerləşən 2 saylı doqquzmərtəbəli evin 4-cü mərtəbəsindən atıb. Hal-hazırda qız Azərsu xəstəxanasındadır. Xəstənin vəziyyəti kritikdir. İlkin məlumata görə, Aşurovanın belə kəskin addımına səbəb sevgilisini qısqanması olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Geri dön |