Ana Sayfa > Manşet / Təhsil > Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Sədri Məleykə Abbaszadəyə MÜRACİƏT
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Sədri Məleykə Abbaszadəyə MÜRACİƏT25-07-2018, 11:58. Yazar: sevinc1 |
Hörmətli Məleykə xanım, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yarandığı vaxtdan indiyədək şərəfli yol keçmiş, öz işini günün tələbləri səviyyəsində qurmağa səy göstərmişdir. Sizin rəhbərliyiniz altında Komissiya işini daha da təkmilləşdirmiş, son texnologiya və təcrübələrdən bəhrələnərək mühüm nailiyyətlərə imza atmış, aşkarlıq və şəffaflığı tam təmin etməyə müvəffəq olmuşdur. Buna görə Sizə çox böyük təşəkkürümüzü bildiririk. Hörmətli Məleykə xanım,amma məlumunuz edirik ki, Sizin bu obyektiv işinizə mane olan şəxslər də var.Belə ki,uzun müddətdir ki,Gəncə şəhərində qabiliyyət imtahanları keçirilir. Bu imtahanlar əsasən Azərbaycan Texnologiya Universitetində və Gəncə Dövlət Universitetində keçirilir. Azərbaycan Texnologiya Universittində "dizayn", Gəncə Dövlət Universitetində isə "bədən tərbiyəsi və idman","təsviri-incəsənət müəllimliyi","musiqi müəllimliyi" ixtisasları üzrə qabiliyyət imtahanları keçirilir.Bu qabiliyyət imtahanlarının keçirilməsinə rəhbərliyi Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov həyata keçirir.Bu imtahanlarda heç bir obyektivlik yoxdur. 24.07.2018-ci il tarixdə musiqidən qabiliyyət imtahanı keçirildi.Bu imtahanlarda Nəsimi Məmmədovun rəhbərlik etdiyi regional qəbul komissiyasının işçiləri Babək və Vüsal xüsusi canfəşanlıq göstərirlər.Gəncə Dövlət Universitetinin idman klubunun sədri Xəqani Umudov hazırlıq kursu açıb.Bu şəxs müxtəlif abituriyentləri tapır,qabiliyyət imtahanından qiymət yazdıracağına söz verir.Xəqani Umudov heç bir elmi dərəcəsi olmayan savadsız bir şəxsdir,o,GDU-nun idman ixtisasını güc-bəla ilə bitirib.Amma Xəqani Umudov regional qəbul komissiyasının işçilərinə abituriyent daşımaqda pərgardır.Bu abituriyentlərin hər birindən qabiliyyət imtahanından qiymət yazılması üçün 2500-3000 manat pul alınır.23-24 iyul tarixində musiqidən keçirilən qabiliyyət imtahanında Bakıdan gələn komissiya üzvləri qanuni şəkildə obyektiv imtahan götürərək bunların dedikləri şəxsə musiqi qabiliyyətləri olmadığına görə 2 qiymət yazmışlar.Bu zaman Vüsal və Babək adlı işçılər gələn komissiyanın üzvlərinin ünvanına nalayiq söyüşlər söymüş və onları təhqir etmişdir.İdman ixtisaslarında isə qabiliyyət imtahanları avqustun 1-dən keçiriləcəkdir.GDU-nun İdman klubunun sədri Xəqani Umudov,habelə Gəncə şəhərindəki Regional Qəbul Komissiyasının işçiləri Vüsal və Babək adlı şəxslər hər bir abituriyentdən 2500-3000 manatdan pul yığmaqla məşğuldur. Hörmətli Məleykə xanım "Bədən tərbiyəsi və idman" ixtisası üzrə keçirilmiş imtahanların nəticəsi ilə tanış olmaq istəsəz,görərsiz ki,idman ixtisasına qəbul olmuş 100 nəfər tələbənin 80 nəfəri turnikdə çəkilə bilmir,tullana bilmir.Elə tələbə var ki ,çəkisi 100 kq-dan çoxdur,50 metr məsafəyə qaça bilmir.Qəbul olmuş bu 100 nəfər tələbənin içərisində elələri var ki, şikəstdir, imtahana belə gəlməyiblər,amma idmandan qabiliyyət imtahanından keçib tələbə adını "daşıyırlar". Bizim yazdıqlarımızın düzgünlüyünü elə təkcə "bədən tərbiyəsi və idman" ixtisasına komissiya göndərib qabiliyyət imtahanından keçib tələbə adını qazananların idman bacarıqlarını yoxlatmaqla görə bilərsiniz."Təsviri-incəsənət müəllimliyi" ixtisasında Nəsimi Məmmədov kimlərə qiymət yazdırmaq istəyirsə, kənar adamların əvvəlcədən çəkdiyi şəkilləri sənədlərin arasına qoyur,abituiyent çəkən şəkilləri isə cırıb tullayır.İmtahandan məqbul alanlara qiymət vərəqəsi imtahan başa çatan kimi verilməli olduğu halda, gecə verilir. Hörmətli Məleykə xanım,xalqımızın qabiliyyətli gəncləri Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədovin işçiləri tərəfindən məhv olunur,kim pul verirsə ona qiymət yazırlar. Hörmətli Məleykə xanım, xahiş edirik ki,bu özbaşınalıqlar haqqında lazımi tədbirlər görəsiniz. Hörmətlə,bir qrup ziyalı Gəncə şəhəri Arzu Məmmədov,Gülçöhrə Hüseynova,Abbas Məmmədov,Aynur Əhmədova . aia.az Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq Geri dön |