Ana Sayfa > Siyasət > "Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcəklər" - Çavuşoğlu

"Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcəklər" - Çavuşoğlu


24-07-2018, 18:14. Yazar: sevinc1
"Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcəklər" - Çavuşoğlu


Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcəklər.

aia.az-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə regionda birgə iri layihələr həyata keçirirlər: “Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars layihəsi həyata keçirildi və bu gün bir çox ölkələr bu layihəyə qoşulmaq istəyirlər”.

M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir: “Qarşıda görüləcək işlərimiz çoxdur. Beynəlxalq təşkilatlarda da fəaliyyətimizi gücləndirməyi nəzərdə tuturuq. Beynəlxalq təşkilatlarda irqçilik, ayrı-seçkilik daha çox özünü büruzə verir. Bu baxımdan Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək”.

aia.az
Geri dön