Ana Sayfa > Karusel / Ölkə > Musa Yaqub hələ də danışa bilmir

Musa Yaqub hələ də danışa bilmir


23-07-2018, 14:41. Yazar: sevinc1
Musa Yaqub hələ də danışa bilmir


"Musa müəllimin səhhəti əvvəlki aylara baxanda normaldır. Səhhtində bir qədər yaxşılığa doğru irəliləyiş var. Amma danışığı tam bərpa olunmayıb”.

Bunu Modern.az-a açıqlamasında tanınmış şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov atasının səhhətindən danışarkən deyib.


“Bildiyiniz kimi, atam parkinson xəstəliyindən əziyyət çəkir. Elə gün olur ki, əhvalı çox yaxşı olur. Bəzən isə əksinə. Vaxtaşırı dərmanlarını qəbul edir. Hazırda İsmayıllıda-Buynuz kəndindədir”-deyə Şəhriyar Yaqubov əlavə edib.


Tanınmış şairin oğlu bildirib ki, atasını ziyarətə gələnlər çox olur.

“Atamı ziyarətə gələnlər çoxdur. İstər sıravi vətəndaşlar, istərsə də tanınmışlar, atamı tək buraxmırlar. Deputat Elxan Süleymanov da atamın yanına tez-tez gəlir. Çünki Göyçayda bir məktəbdə oxuyublar. Əvvəldən dost olublar. Həmçinin, bu günlərdə tanınmış yazıçımız, deputat Aqil Abbas da gəlmişdi. Atamın daimi oxucuları var ki, onlar da mütəmadi olaraq əlaqə saxlayıb hal-əhval tuturlar. Hər kəs çox sağ olsun ki, atamı unutmur və ziyarətinə gəlirlər”.

Qeyd edək ki, 81 yaşlı şair xeyli müddətdir xəstə yatır.

aia.az
Geri dön