Ana Sayfa > Ölkə > Nöqsana yol verən 239 sürücü işdən çıxarılıb

Nöqsana yol verən 239 sürücü işdən çıxarılıb


20-07-2018, 16:04. Yazar: sevinc1
Nöqsana yol verən 239 sürücü işdən çıxarılıb


2017-ci ildə 154 sürücü yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

AzVision.az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin direktor müavini Azər Qasımov məlumat verib. O, bildirib ki, 2018-ci ilin birinci yarısında 85 sürücü yol verdiyi nöqsanlara görə işdən azad olunub. Bu müddətdə 200-300 sürücü isə töhmət alıb.
"Bəzi sürücülər bundan dərs çıxarmırlar. Sürücülərin sükan arxasında qayda pozmaları ilə bağlı monitorinqlər aparırıq və bunu sürücülərə də göstəririk. Son aylarda avtobusların iştirakı ilə baş verən ağır yol nəqliyyat hadisələri azalmağa doğru gedir. Sürücülərin siqnal verməsi ilə bağlı şikayətlər gəlir, araşdıranda bunu qəzadan qaçmaq məqsədilə etdikləri görünür. Bəzən isə köhnə vərdişlərdən qalıb".

A.Qasımov qeyd edib ki, Bakı sakinləri gələcəkdə yeni standartların, keyfiyyətin şahidi olacaq.

aia.az
Geri dön