Ana Sayfa > Manşet / Siyasət > Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər
Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər20-07-2018, 11:10. Yazar: sevinc1 |
Yeni Azərbaycan Partiyası mətbuatın fəaliyyətinə böyük önəm verir. Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov qeyd edib: "Dövlətin əldə etdiyi naliyyətlərdən biri də budur ki, dövlət səviyyəsində mətbuata böyük diqqət göstərilir. Azərbaycanda böyük mətbuat formalaşıb". O bildirib ki, sosial media bu gün mətbuat qarşısında ciddi çağırışlar qoyur: "İndi hər kəs sosial şəbəkə vasitəsilə mətbuatın bir hissəsinə çevrilir, hər kəs sosial şəbəkədə məlumat yayır. Bütün bunlar mətbuat qarşısında ciddi çağırışlar qoyur". Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edir, bu özünü mətbuat azadlığı sahəsində də göstərir: "Azərbaycan böyük qlobal layihələr həyata keçirir, qlobal tranzit mərkəzinə çevrilir ki, bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, mövqeyini gücləndirir. Etiraf etməliyik ki, gələcəyimiz daha parlaq olacaq. Bunu qısqananlar ölkədə təxribatlar törətməyə cəhd edir, ancaq onlar heç nəyə nail ola bilmirlər, çünki bunun üçün heç bir baza yoxdur. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət xalq tərəfindən dəstəklənir, möhkəm xalq-iqtidar birliyi var". aia.az Geri dön |