Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Səhiyyəmizin flaqmanlarını tanıyaq

Səhiyyəmizin flaqmanlarını tanıyaq


20-07-2018, 11:07. Yazar: sevinc1
Səhiyyəmizin flaqmanlarını tanıyaq




“Baku Medical Plaza” klinikalar şəbəkəsi xalqımıza yüksək səviyyədə stasionar və ambulator xidmətlərini təqdim edir

Bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafı üçün misilsiz imkanlar yaradıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni uğurlara yol açıb.

Artıq səhiyyəmizin aparıcı müəssisələrindən sayıla biləcək klinika və xəstəxanalar göstərilən tibbi xidmətlərn yüksək keyfiyyəti baxımından sadəcə bir-biriləri ilə deyil, həm də beynəlxalq səviyyədə üstün nüfuza malik xarici tibb müəssisələri ilə də rəqabət aparırlar. Son bir neçə ildə Azərbaycan səhiyyəsində aparıcı mövqeylərə sahib olmağı bacarmış tibb müəssisələrindən biri də “Baku Medical Plaza” Klinikalar şəbəkəsidir (BMP).

Etiraf olunmalıdır ki, son illər “Baku Medical Plaza” inkişaf edərək, artıq bu gün Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksələ bilib. Birmənalı olaraq demək olar ki, hazırda bu tibb müəssisəsi istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Xüsusilə qeyd etmək lazımdır ki, bu səhiyyə mərkəzinin elmi potensialı ildən-ilə yüksəlir. Ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənməyən yüksək ixtisaslı mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə, “Baku Medical Plaza”nı ölkənin ən yaxşı tibbi mərkəzlərindən birinə çeviriblər.

2011-ci ildə Babək filialının, 2013-cü ildə Mərkəz filialının yaradılması ilə fəaliyyət göstərən klinika beynəlxalq standartlara uyğun sağlıq xidmətini ölkəmizə gətirmək üçün qurulmuşdur. Klinikaya edilmiş investisiyalar BMP-nin Azərbaycanın ən böyük özəl xəstəxanalarından biri olmasını təmin etmişdir.

Hazırda BMP-də 25000 m2 qapalı sahədə 200 stasionar yataqlı, 30 yataqlı reanimasiyası, laminar hava axını ilə təchiz olunmuş 16 əməliyyat otağı, 5 doğumxana və yenidoğulmuşlar üçün 25 küveyzli Reanimasiya ilə tibbi xidmət verilir.

Heç bir şübhə ola bilməz ki, bu gün “Baku Medical Plaza” Azərbaycanda səhiyyə sahəsində ən böyük nailiyyətlərə imza atan tibb müəssisələrindən biridir. Artıq bir neçə ildir ki, davamlı olaraq bura müraciət edən xəstələrə şəfa tapmaqda yardımçı olan klinika xalqımızın sağlamlığının keşiyində ləyaqətlə durur. BMP-nin geniş və rahat otaqlar, ən yeni texnologiyalar və avadanlıqlarla təchiz olunan bütün filiallarında xəstələrin rahatlığı üçün demək olar ki, hər bir şərait yaradılıb. Klinikanın elmi potensialının da ildən-ilə artdığı göz önündədir. 24 saat iş başında olan heyət, çoxfunksional tibbi mərkəz, qərb ölkələrində təhsil alan, xaricdən ölkəmizə göndərilən mütəxəssislər, müasir tibbi avadanlıqlar və bir çox digər

məqamlarla “Baku Medical Plaza” bu gün səhiyyəmizin əsil flaqmanlarından birinə çevrilib.

Önümüzdəki dövrdə dünyada ən qabaqcıl standartları hədəfləyən “Baku Medical Plaza” göstərilən xidmətləri inkişaf etdirməkdə davam edir. Klinikanın heyəti xaricdə yüksək səviyyəli tibbi təhsil almış yerli həkimlər və tanınmış əcnəbi mütəxəssislər, yüksək tibbi xidmətlər, müasir tibbi avadanlıqlarla ölkədən kənarda müalicəyə üstünlük verən xəstələrin seçimi olmaq arzusundadır.

“Baku Medical Plaza”da fəaliyyət göstərən mərkəzlər haqqında qısa məlumatlar:

* Baku Medical Plazanın Mərkəz filialında fəaliyyət göstərən Ürək Sağlamlıq Mərkəzində Bakının ən qabaqcıl angioqraf cihazı, tam təchiz olunmuş 2 ədəd açıq ürək əməliyyatxanasında hər növ ürək əməliyyatları aparılır. Angio laboratoriyasında 24 saat ərzində infarkt xəstələrinə tibbi yardım göstərilir. Belə xəstələr üçün təcili yardım maşınlarında daşınma xidməti pulsuzdur. Ballon və Stent əməliyyatları əməliyyatları radial angio bilək nəbz arterindən aparılmaqla həyata keçirilir. Bu da qanaxma riski olmadan xəstənin qısa müddətdə evə buraxılmasına imkan yaradır;

* BMP Qadın və Uşaq Sağlamlıq Mərkəzində ümumi qadın sağlamlığı, hamiləlik təqibi (o cümlədən riskli hamiləliklərin təqibi), hər cür açıq və laparoskopik ginekoloji əməliyyatlar, belə əməliyyatlardan sonra yarana bilən mümkün fəsadların hərtərəfli müalicəsi aparılır;

* Perinatoloji bölümdə riskli hamiləliklərin təqibi, genetik analizlər (ikili, üçlü və dördlü tarama testləri - Daun, Edvards və Patau sindromların aşıkar olunması), ətraflı USM və ana bətnində dölün müalicəsi həyata keçirilir;

* Klinikamızda bütün zəruri avadanlıqlarla təchiz edilmiş Pediatriya və Neonatologiya şöbəsi, VİP pediatriya stasionarı xidmətinizdədir;

* Yenidoğulmuşların Reanimasiyası və İntensiv Terapiya şöbəsi ən qabaqcıl tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş, burada xaricdə yüksək səviyyəli təhsil almış və çalışmış təcrübəli mütəxəssislər tərəfindən xidmət göstərilir;

* BMP-nin Qadın və Kişi Sonsuzluğu Mərkəzində kişi və qadın sonsuzluqlarının müalicəsi Türkiyənin məhşur Jinemed klinikası ilə birlikdə uğurla həyata keçirilməkdədir;

* Qastroenteroloji Mərkəzdə mədə-bağırsaq, hepatit, ERCP xəstəlikləri müalicə olunur, qastroskopiya, bronxoskopiya və kolonoskopiya kimi müayinələr aparılır;

* Nevroloji və İflic mərkəzində EEQ, EMQ, Serebral angio, Parkinson, Baş ağrısı - Miqren, Vertiqo, Epilepsiya, Alzheimer kimi xəstəliklər müayinə və müalicə olunmaqdadır;

* Ümumi Cərrahiyyə Mərkəzində hər cür Abdomen, endokrin, laparoskopik cərrahiyyəsi, təcili əməliyyatlar aparılır.

* QBB bölümündə QBB cərrahiyyəsi, qulaq, burun və boğaz xəstəliklərinin müalicəsi aparılır, eşitmə problemləri əməliyyatları, endoskopik üsulla sinus cərrahiyyəsi və s. kimi xidmətlər göstərilməkdədir;

* Torakal Cərrahiyyə bölümündə ağciyər kistaları, ağciyər şişləri, bronxoskopik əməliyyatlar olunur;

* BMP-də fəaliyyət göstərən Neyrocərrahiyyə Mərkəzində hər cür spinal əməliyyatlar, bağlı üsulla edilən ağrı müalicələri, beyin qanama əməliyyatları, beyin şişi əməliyyatları edilir. Əməliyyatlarımızda mikroskop və pnevmotik mühərrik sistemləri kimi qabaqcıl texnologiyalardan istifadə edilməkdədir;

* Klinikamızın Fizioterapiya və Reabilitasiya bölümündə ən müasir avadanlıqlar vasitəsi ilə müalicə olunur;

* Uroloji bölümüzdə hər növ urolojik xəstəliklərin müayinə və müalicəsi, həmçinin uroloji cərrahiyyə əməliyyatları həyata keçirilir;

* Ortopediya və Travmatologiya bölümündə oynaq, sümük xəstəliklərinin müalicəsi və əməliyyatları olunur, təcili yardım servisinə travmatoloji xəstələr qəbul olunur;

* Klinikanın hər iki filialında Damar cərrahiyyəsi şöbəsi xidmət göstərməkdərdir. Bölümdə damar xəstəliklərinin müalicəsi, əməliyyatları (skleroterapiya, lazer üsulu və s.) olunmaqdadır.

* Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə bölümündə hər növ plastik və rekonstruktiv əməliyyatlar, saç əkimi, liposaksiya, abdomenoplastika və digər əməliyyatlar həyata keçirilir.

* Endokrinoloji bölümdə qalxanabənzər vəzi xəstəlikləri, hipofiz xəstəlikləri, paratiroid xəstəlikləri, mədəaltı vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, tüklənmə - hirsutizm və s. xəstəliklər müalicə olunur.

* Klinikanın Radioloji şöbəsində 64 slice KT (KT angio), MRT, 3D, 4D, Doppler USM, Digital rentgen vasitəsi ilə diaqnostika aparılır.

* BMP Təcilli Yardım servisində iflic, koma, infarkt - ürək çatışmamazlığı, travmalar (o cümlədən qəza sonrası), beyin qansızması, cərəyan vurması, həzm və tənəffüs sistemi problemləri, kiçik cərrahi müdaxilələr (yaraların tikilməsi, dəri və dərialtı törəmələrin çıxarılması və s.) aparılır, ilkin neonatal və pediatrik yardım göstərilir.

* Türkiyənin məhşur Kalyon Laboratoriyalar şəbəkəsi ilə müştərək fəaliyyət göstərən Laboratoriyada 24 saat ərzində tam avtomatlaşdırılmış müasir cihazlar vasitəsi ilə hər növ analizlər aparılır, cavabların alınması üçün e-nəticə sistemi fəaliyyət göstərir.

aia.az

Mehman Həsənov
Geri dön