Ana Sayfa > İdman / Aia TV / Karusel > "Qarabağ" növbəti mərhələ iddiasında
"Qarabağ" növbəti mərhələ iddiasında10-12-2015, 11:21. Yazar: admin |
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son turunun oyunları keçiriləcək. Aia.az apasport.az-a istinadən xəbər verir ki,son qarşılaşmalar 1/16 finala vəsiqələrin sahiblərinin adlarına aydınlıq gətirəcək. Yarışda mübarizəni davam etdirən təmsilçimiz "Qarabağ" da bu gün son matçına çıxacaq. Qurban Qurbanovun yetirmələri səfərdə "Anderlext"lə qarşılaşacaqlar. Son tur öncəsi 1/16 final şanslarını saxlayan ağdamlıları Belçikada çətin sınaq gözləyir. Növbəti mərhələyə yüksəlmək üçün ilk oyunda Bakıda minimal hesabla qalib gəldiyi rəqibini səfərdə də məğlub etməlidi. Şəxsi oyunların nəticələri isə Brüssel klubunu arxada qoymağa imkan verəcək. Amma qələbə hələ mərhələ keçmək üçün kifayət deyil. Çünki "Anderlext"in istənilən xal itkisi "Monako" üçün "yaşıl işıq" ola bilər. Fransa klubunun özü isə artıq 1-ci yeri təmin edən "Tottenhem"i üstələməlidi. "Qarabağ"ın 1/16 finala yüksəlməsinə də məhz fransalıların qələbəsi mane ola bilər. Bu üzdən ağdamlılar qələbə qazanmaqla yanaşı, "Tottenhem"in qələbəsini arzulamalıdı. "Qarabağ" qalib gəlsə, "Monako" heç-heçə etsə, hər 3 komandanın 7 xalı olacaq. Belə olan halda, "Tottenhem"lə birlikdə 1/16 final yüksələcək ikinci komanda Qurbanovun yetirmələri olacaq. Çünki ağdamlılar 3 komanda arasında şəxsi oyunlarda ən yaxşı nəticəyə malikdi. Avropa Liqası Qrup mərhələsi, VI tur 10 dekabr J qrupu 00:05. "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan) Baş hakim: Slavko Vinçiç Baş hakimin köməkçiləri: Bojan Ul, Tomaş Klançnik Əlavə hakim köməkçiləri: Roberto Ponis, Draqoslav Periç Dördüncü hakim: Andraş Kovaçiç (hamısı Sloveniya) Hakim-inspektor: İqor İşenko (Ukrayna) UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya) Brüssel. Konstant Vanden Stok stadionu Geri dön |