Ana Sayfa > Karusel / Gündəm > 24 cinayət “isti izlər”lə açılıb, 29 nəfər saxlanılıb

24 cinayət “isti izlər”lə açılıb, 29 nəfər saxlanılıb


20-07-2018, 10:00. Yazar: sevinc1
24 cinayət “isti izlər”lə açılıb, 29 nəfər saxlanılıb



Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 122 cinayət faktı qeydə alınıb, onların 24-ü "isti izlər”lə açılıb.

aia.az DİN-ə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 17 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

aia.az
Geri dön