Ana Sayfa > Gündəm / Seçilənlər > 40 yaşinda ali məktəb bitirib, professor olan icra başçısı – “Bu adamlar elmi nüfuzdan salır”

40 yaşinda ali məktəb bitirib, professor olan icra başçısı – “Bu adamlar elmi nüfuzdan salır”


19-07-2018, 17:37. Yazar: sevinc1
40 yaşinda ali məktəb bitirib, professor olan icra başçısı – “Bu adamlar elmi nüfuzdan salır”


"XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə münasibət bildirərkən maraqlı məqama toxunub. BakuPost-un məlumatına görə, o, özünün "facebook” səhifəsində yazıb:

"Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu xəbər çox adamı təəccübləndirdi. Bilmirəm niyə… Dostlar, elm Nazpəri xanım ilə nüfuzdan düşməyib. Elmi bilirsiniz hansı adamlar nüfuzdan salıb?

Birini deyim: Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirib. 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə edib. İndi elmlər doktoru, professordur. Məncə ayıb olan məsələ budur".

aia.az
Geri dön