Ana Sayfa > Karusel / Siyasət > Novruz Məmmədov Mattarella ilə birgə nahar edib
Novruz Məmmədov Mattarella ilə birgə nahar edib19-07-2018, 15:31. Yazar: sevinc1 |
Azərbaycanın Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella iyulun 19-da birgə işçi nahar ediblər. aia.az-ın məlumatına görə, ali qonağı salamlayan N.Məmmədov Azərbaycan ilə İtaliya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Baş nazir deyib ki, İtaliya Prezidentinin Azərbaycana bu səfəri əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Səfər çərçivəsində keçirilən səmərəli görüşlər, imzalanan sənədlər, Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən polipropilen zavodu, Azərbaycan-İtaliya biznes forumu ölkələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açacaq. S.Mattarella Azərbaycana rəsmi səfərinin çox məhsuldar və səmərəli keçdiyini vurğulayıb, ölkələrimizin münasibətlərinin bundan sonra da dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf edəcəyini diqqətə çatdırıb. Səmimi söhbət zamanı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya dövlətinin başçısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə edilib, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən energetika sahəsində əməkdaşlığın perspektivləri haqqında müzakirələr olub. aia.az Geri dön |