Ana Sayfa > Manşet / Ölkə > Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA
Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA19-07-2018, 14:38. Yazar: sevinc1 |
Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) baş vermiş qəzanın nəticələri kompleks olaraq aradan qaldırılıb. Bunu Modern.az-ın sorğusuna cavab olaraq “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib. Y.Babanlı deyib ki, narahatlığa əsas yoxdur: “Qəza ilə bağlı təmir-bərpa işləri yekunlaşdırılıb. Amma istismarda olan cərəyan transformatorlarının növbədənkənar təftişi, sınaq-yoxlama işləri də diqqətdədir və bu tədbirlərdə başa çatdırılmaq üzrədir”. Y.Babanlı həmçinin Gürcüstan və Rusiya ilə enerji mübadiləsi məsələsinə də aydınlıq gətirib: “Gürcüstandan idxal dayandırılıb, Rusiya ilə paralel iş rejimində razılaşdırılmış yük qrafikinə əsasən, elektrik enerjisinin mübadiləsi həyata keçirilir. Paralel iş rejimi dedikdə sinxron zonada eyni tezlikdə fəaliyyət nəzərdə tutulub”. İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Dərhal Prezident İlham Əliyevin sərəncamı ilə baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi Dövlət Komissiyası yaradılıb. Qəzaya görə cinayət işi açılıb. Hazırda qəzanın səbəbləri araşdırılır. aia.az Geri dön |