Ana Sayfa > Karusel / Dünya > Skripal ailəsini zəhərləyənlərin kimliyi müəyyən olunub

Skripal ailəsini zəhərləyənlərin kimliyi müəyyən olunub


19-07-2018, 10:15. Yazar: sevinc1
Skripal ailəsini zəhərləyənlərin kimliyi müəyyən olunub


Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) eks-polkovniki Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsində şübhəlilərin kimliyi müəyyən edilib.



Modern.az "Press Association" nəşrinə istinadən xəbər verir ki, Britaniya polisi bu işdə bir neçə Rusiya vətəndaşının şübhəli olduğunu müəyyənləşdirib.



Nəşrin işlə yaxından tanış olan mənbəyə istinadən verdiyi xəbərə görə, hazırda polis bir neçə Rusiya vətəndaşının axtarışına başlayıb.



“Müstəntiqlər “Noviçok” maddəsi ilə bu hücumu həyata keçirmiş şəxsləri müəyyən etdiklərini deyirlər. Onlar videonəzarət sisteminə düşmüş şəxsləri həmin dövr ölkəyə giriş edənlərin şəxsi məlumatlarını müqayisə ediblər. Onlar əmindirlər ki, bu ruslardır” – mənbə bildirib.



Qeyd edək ki, Rusiya MKİ-nin eks-polkovniki Sergey Skripal Britaniya xeyrinə casusluq etməkdə ittiham olunub. Daha sonra Britaniya hökuməti onun Britaniyaya ekstradisiyasına nail ola bilib. Lakin onun qızı Yuliya Skripalın Britaniyaya gəlişinin səhəri günü qızı və özü Solsberidə parkda oturacaqların birində huşsuz vəziyyətdə tapılıb.

Onların Rusiya istehsalı “Noviçok” sinir iflic maddəsi ilə zəhərləndikləri müəyyən edilib. Hazırda vəziyyətləri yaxşıdır. Rusiya hökuməti isə ittihamları rədd edir.



aia.az
Geri dön