Ana Sayfa > Karusel / Gündəm > Fədayə Laçının səhhəti pisləşdi
Fədayə Laçının səhhəti pisləşdi18-07-2018, 15:04. Yazar: sevinc1 |
![]() Həbsdə olan müğənni Fədayə Laçının səhhətində problemlər yaranıb. Havaların isti keçməsi müğənninin səhhətini pisləşdirib. aia.az yenicag.az-a istinadən xəbər verir ki,bu barədə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib: "Bilirsiniz ki, Fədayə hepatit xəstəliyindən müalicə olunur. Bu da ağır xəstəlikdir. Son günlər havaların isti keçməsi onun səhhətini daha da pisləşdirib. Çox əziyyət çəkir. Hazırda dava-dərman qəbul edir". Vəkil istintaqın yekunlaşdığını da bildirib: "İstintaq yekunlaşıb. Fədayə azadlığa qovuşsa, səhhətindəki problemlərin aradan qaldırılması üçün müalicə kursu alardı". aia.az Geri dön |