Ana Sayfa > Manşet / Siyasət > Baş nazir prezidentin qaldırdığı məsələlərlə bağlı Nazirlər Kabinetinin strukturlarına tapşırıq verdi
Baş nazir prezidentin qaldırdığı məsələlərlə bağlı Nazirlər Kabinetinin strukturlarına tapşırıq verdi18-07-2018, 14:09. Yazar: sevinc1 |
İyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Prezidentin sonuncu iclasından sonra Nazirlər Kabinetində hansı işlər görülüb? Modern.az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, ölkə başçısı həmin müşavirədə həmişə olduğu kimi, bu dəfə də ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər qaldırıb və müəyyən tapşırıqlar verib: “Baş nazir Novruz Məmmədov da cənab prezidentin sonuncu iclasda qaldırdığı və qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin müvafiq strukturlarına tapşıqlar verib”. aia.az Geri dön |