Ana Sayfa > Siyasət > Erməni generallar Paşinyandan narazıdırlar - Repressiya DALĞASI

Erməni generallar Paşinyandan narazıdırlar - Repressiya DALĞASI


17-07-2018, 17:06. Yazar: sevinc1
Erməni generallar Paşinyandan narazıdırlar - Repressiya DALĞASI




Ermənistan Müdafiə Nazirliyinin əksər generalları Nikol Paşinyan hökumətindən narazıdır.



Modern.az xəbər verir ki, bu barədə ölkənin “Qrapark” qəzeti öz mənbələrinə istinadən yazır.



Koçaryan və Sarkisyan dövründən orduda çalışan generallar yeni hökumətin nazirlikdə yoxlama aparmasına görə də narazı qalıblar. Onlar ordunun hədəfə çevrildiyini bildiriblər.


Adı açıqlanmayan yüksək çinli zabit bu narahatlığı belə ifadə edib.


“Bir generalımız həbsdədir, (Manvel Qriqoryan), 1 generalımız axtarışa verilib (Mikael Arzumanyan) və 1-i isə (Seyran Ohanyan) istintaqa ifadə verir. Bu bizim üçün qəbuledilməzdir”.

aia.az
Geri dön