Ana Sayfa > Karusel / Siyasət > Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı
Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı17-07-2018, 11:52. Yazar: sevinc1 |
Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun 12-də Aktauda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib. O bildirib ki, hazırda 5 Xəzəryanı ölkə - Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistanın xarici siyasət idarələri qarşıdakı sammitə hazırlıq üzrə fəal iş aparırlar. Nazir qeyd edib ki, bütün dövlətlər tədbirdə iştirak edəcəklərini təsdiqləyiblər. aia.az Geri dön |