Ana Sayfa > Gündəm / Manşet / Karusel > SOCAR: Neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb

SOCAR: Neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb


10-12-2015, 00:27. Yazar: admin


“Söhbət insan taleyindən gedir”.

SOCAR "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçilərin cəsədləri Xəzərin Qazaxıstan sərhədinə yaxın ərazisində tapılıb.

Aia.az-ın APA-ya istinadən məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov operativ qərargahda keçirilən brifinqdə bildirib.

X. Məmmədov qeyd edib ki, kəskin pisləşən hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini yubadır və çətinləşdirir.

Vitse-prezident platformada çalışan neftçilərin xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə də toxunub:

“Bəzi məsələdən, hadisədən xəbərsiz insanlar, məlumatsız və qeyri-peşəkar sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan paylaşımlar edirlər. Onlar anlamırlar ki, söhbət insan taleyindən gedir. Söhbət çox ciddidir. Bu, siyasi oyun deyil”.

Daha sonra brifinqdə vitse-prezidentin sözlərini təsdiq edəb videokadrlar nümayiş etdirilib.
Geri dön