Ana Sayfa > Manşet / Gündəm > Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün YENİ RÜSUMLAR tətbiq ediləcək
Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün YENİ RÜSUMLAR tətbiq ediləcək17-07-2018, 11:44. Yazar: sevinc1 |
Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılıb. Trend-in məlumatına görə, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən 18.65.5.1-ci maddədə (Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi) “18” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilib. Qeydiyyat şəhadətnaməsinin verilməsi (18.65.7-ci maddə) üçün isə dövlət rüsumu hazırkı 17 manatdan 25 manata qaldırılıb. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, rüsumla bağlı qanuna edilən dəyişikliklər artıq rəsmi olaraq dərc edilib və bu gündən etibarən qüvvəyə minir. aia.az Geri dön |