Ana Sayfa > Manşet / Gündəm > Ermənistan Zəngilandan Gorusa yeni yol çəkəcək - TƏXRİBAT

Ermənistan Zəngilandan Gorusa yeni yol çəkəcək - TƏXRİBAT


16-07-2018, 10:08. Yazar: sevinc1
Ermənistan Zəngilandan Gorusa yeni yol çəkəcək - TƏXRİBAT


Ermənistanın yeni hakimiyyəti Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirir.



Modern.az xəbər verir ki, işğalçı ölkə Qarabağdan Ermənistana növbəti yol çəkməyi planlaşdırır.



Ermənistan nəqliyyat naziri Aşor Akopyanın separatçı rejimin "şəhərsalma naziri" Karen Şahramanyanla görüşü zamanı Zəngilan-Mincivan-Gorus yolunun çəkilməsi müzakirə edilib.



İranla sərhəd boyunca yerləşən yolun yaxın aylarda təmir olunaraq asfaltlanması planlaşdırılır.


Xatırladaq ki, buna qədər Qarabağdan Ermənistana Gorus-Xankəndi, Vardenis-Ağdərə və Zod-Kəlbəcər yolları çəkilib.

aia.az
Geri dön