Ana Sayfa > Dünya / Seçilənlər-3 / Aia TV / Karusel > Nadir Qafarzadə: “Oğlanlarım mənə görə narahat olmasınlar”
Nadir Qafarzadə: “Oğlanlarım mənə görə narahat olmasınlar”9-12-2015, 17:45. Yazar: admin |
Müğənni Nadir Qafarzadə yaradıcılıq işlərindən danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Zemfira Əlişqızına, musiqisi Sədaqət Arifqızına məxsus “Səni gözləyirəm” adlı bəstəni ifa edib: “Bu bəstə 1999-cu ildə mənim üçün yazılıb. Bu mahnını illər öncə oxumuşdum. Amma aranjemanı ürəyimcə olmadığına görə efirlərdə, tədbirlərdə oxumurdum. Elə buna görə də bir neçə gün olar ki, bəstəni yenidən aranjeman etdirdim. Çox xoşuma gəldi. Bu mahnını oxuyanda keçmişim, ötən illərim yadıma düşür. Düşünürəm ki, heç kim öz keçmişini danmamalıdır. Bu da mənim keçmişimdən qalan bir xatirədir”. N.Qafarzadə daha sonra son dövrlər adının şou-biznesdəki qalmaqallarda hallanmamağına da münasibət bildirib: “Əəvvəllər çox emosional idim. Mənə qarşı kim haqsızlıq edirdisə və ya çaşırdısa, dərhal cavabını verirdim. Bir çoxları da sayəmdə reklam olunurdu. İndi isə heç kimi reklam etmək niyyətində deyiləm. Həm də iki oğlum var. Artıq böyük oğlumun 20 yaşı var. İstəmirəm ki, mənə görə onlar narahat olsunlar. Çünki bu həyatı tək özüm üçün yaşamıram”. Geri dön |