Ana Sayfa > Dünya > ABŞ-ın S-400 təhdidinə Hindistandan CAVAB: “ABŞ qanunları Hindistana aid deyil”
ABŞ-ın S-400 təhdidinə Hindistandan CAVAB: “ABŞ qanunları Hindistana aid deyil”14-07-2018, 11:52. Yazar: sevinc1 |
Hindistan mətbuatı, Hindistanın ABŞ-ın təzyiqlərinə qarşılıq olaraq Rusiyadan S-400 Zenit raket kompleksi almaq üçün görüşlərə davam etdiyini yazıb. Modern.az xəbər verir ki, Hindistanın müdafiə naziri Nirmala Sitharaman “ABŞ qanunları Hindistana aid deyil” deyib: “Hindistana gələn ABŞ heyətinə, ABŞ qanunlarının, BMT-nin qərarları ilə eyni olmadığını dedik. Rusiya istehsalı olan S-400 Zenit raket kompleksi almaqla bağlı görüşlər son mərhələdədir. ABŞ-lı rəsmilərə də Rusiya ilə uzun müddətli əlaqələrimizin olduğunu və bu əlaqələri inkişaf etdirəcəyimizi dedik”. Qeyd edək ki, daha əvvəl ABŞ-lı rəsmilər, Rusiyadan S-400 Zenit raket kompleksi alınarsa Hindistana sanksiyaların tətbiq olunacağı xəbərdarlığını etmişdilər. aia.az Geri dön |