Ana Sayfa > Manşet / Siyasət > Fəzail Ağamalı: “Etibar Pirverdiyev xalq qarşısında cavab versin!” - Deputatdan ETİRAZ
Fəzail Ağamalı: “Etibar Pirverdiyev xalq qarşısında cavab versin!” - Deputatdan ETİRAZ12-07-2018, 17:11. Yazar: sevinc1 |
Bu gün Azərbyacanın bəzi yerlərində işıqların yenidən sönməsindən sonra yaranmış vəziyyət əhalini ciddi şəkildə narahat edib. Milli Məclisin deputatı Fəzail Ağamalı da narahat olanlar arasındadır. Deputat bununla bağlı Modern.az-a açıqlama verib. F.Ağamalı bildirib ki, “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev xalq qarşısında cavab verməlidir: “Az öncə mağazadaydım, işıqlar söndü. Bu, sahibkarlar üçün çox böyük zərər deməkdir. İnsanlara bu dərəcədə narahatlıq vermək olmaz. Belə görünür ki, prezidentin bir neçə gün əvvəl keçirdiyi müşavirədə səsləndirdiyi iradlara nəzər yetirilmir. Çünki işıqla bağlı problemlər hələ də aradan qalxmayıb. Bu bizi çox məyus edir”. F.Ağamalı qəza ilə bağlı yaradılmış komissiyanın işindən də narazılıq edib: “Onlar da proseslərlə bağlı ictimaiyyətə hər hansı məlumat vermir. Demək ki, nəsələrsə yolunda getmir. Xüsusilə ölkəmizdə vəziyyətin gərginləşdiyi bir vaxtda, komissiyanın sədrinə və üzvlərinə müraciət edirəm ki, məsələlərə aydınlıq gətirsinlər. Etibar Pirverdiyev, “Azərenerji”nin aidiyyatı qurumları efirə çıxsın, xalq qarşısında cavab versinlər. Buna borcludurlar. Pirverdiyev müşavirədə verilən tapşırıqlara nə üçün riayət etmədiyini açıqlasın. Əgər komissiya Etibar Pirverdiyevin fəaliyyətini hər hansı şəkildə yumşaltmağa, ört-basdır etməyə çalışsa, onda komissiya özü də Azərbaycan prezidentinin, Azərbaycan xalqının iradəsi qarşısında cavab verməli olacaq”. aia.az Geri dön |