Ana Sayfa > Karusel / Ölkə > Bakı metrosunda bağlanan 2 stansiyanın işi bərpa olundu - YENİLƏNİB

Bakı metrosunda bağlanan 2 stansiyanın işi bərpa olundu - YENİLƏNİB


12-07-2018, 16:25. Yazar: sevinc1
Bakı metrosunda bağlanan 2 stansiyanın işi bərpa olundu - YENİLƏNİB


Paytaxtın elektrik emerjisi ilə təchizatında yaranmış problem"Bakı Metropoliteni" QSC-də qatarların hərəkətinin dayanmasına səbəb olmuşdu.

Qurumun mətbuat xidməti Bəxtiyar Məmmədov bildirib ki, saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub.

***

Hazırda Bakı, Sumqayıt və bir çox yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

"Bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun Bənövşəyi xəttində enerji verilişinin dayandığını bildirib:

"Yaşıl və qırmızı xətlər normal qaydada işləyir. Bənövşəyi xətdə-"Avtovağzal”-"Memar Əcəmi” stansiyalarına gələn elektrik xətlərində gərginlik olmadığı üçün 16:10-dan etibarən stansiyaya giriş bağlanıb”.

B.Məmmədov deyib ki, tuneldə qatar qalmayıb:

"Enerji verilişi bərpa olunan kimi qatarların hərəkəti bərpa olunacaq”.

Metropoliten rəsmisi təhlükəsizlik tədbirləri çərçivəsində digər stansiyaların girişinin bağlanmasının nəzərdə tutulmadığını bildirib:

"Hələlik qatarlar işləyir. Enerji verilişinin hansı səbəbdən dayandırıldığı açıqlanmayıb”.

aia.az
Geri dön