Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Azərbaycanlı iş adamı su quyusuna düşərək ölüb - GÜRCÜSTANDA

Azərbaycanlı iş adamı su quyusuna düşərək ölüb - GÜRCÜSTANDA


9-12-2015, 16:20. Yazar: admin
Azərbaycanlı iş adamı su quyusuna düşərək ölüb - GÜRCÜSTANDA
Gürcüstanın Marneuli rayonunda bədbəxt hadisə baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün günorta saatlarında azərbaycanlı iş adamı Rafil Qədir oğlu Musayev həyətyanı sahəsindəki su quyusuna düşərək boğulub. Hadisə yerinə Rustavi Fövqəladə hallar departamentinin əməkdaşları gələrək onun meyitini 15 metr dərinlikdə olan su quyusundan çıxarıblar.

R. Musayev Marneulidə tanınmış şəxslərdən biri olub.

Hadisə ilə bağlı araşdırma aparılır.
Geri dön