Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir
Prezident İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir10-07-2018, 16:23. Yazar: sevinc1 |
Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışında deyib. Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir, bir daha bizim birliyimizi göstərir: “Türkiyə xalqı Sizə yenidən etimad, dəstək göstərmişdir. Siz uzun illər ərzində Türkiyənin inkişafı üçün çox böyük işlər görürsünüz. Sizin liderliyiniz altında Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya miqyasında böyük gücə çevrilmişdir. Bu gün Türkiyə beynəlxalq məsələlərdə söz sahibidir. İqtisadi islahatlar uğurla aparılır. İqtisadi inkişafa görə Türkiyə dünyada ən qabaqcıl yerlərdədir. Sizin liderliyinizlə Türkiyədə sabitlik tam bərqərar olub. Azərbaycan xalqını Türkiyənin uğurları çox sevindirir. Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır”. İlham Əliyev bildirib ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: “Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daima dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də daima Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələdə Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir”. aia.az Geri dön |