Ana Sayfa > Ölkə > Nazirlik dəhşətli istilərə görə XƏBƏRDARLIQ yaydı - Saat 11:00-17:00-dək kölgədən çıxmayın!
Nazirlik dəhşətli istilərə görə XƏBƏRDARLIQ yaydı - Saat 11:00-17:00-dək kölgədən çıxmayın!10-07-2018, 14:57. Yazar: sevinc1 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayıb. Qurumdan aia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir. “Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik”,-nazirlik bəyan edib. Azərbaycanın rayonlarında iyulun 11-dən və iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir. aia.az Geri dön |