Ana Sayfa > Media > Günəş tutulması baş verəcək
Günəş tutulması baş verəcək9-07-2018, 16:10. Yazar: sevinc1 |
İyulun 13-də bu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi baş verəcək. AMEA Şamaxı Astrofizika Rəsədxanasından BakuPost-a verilən xəbərə görə, Bakı vaxtı ilə saat 05:48-də başlanacaq Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq. Tutulmanın davametmə müddəti 3 dəq. 29 san-dir. Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. Növbəti tutulma avqustun 11-nə təsadüf edəcək. aia.az Geri dön |