Ana Sayfa > Karusel / Parlament > İki gündə 175 cinayət faktı qeydə alınıb
İki gündə 175 cinayət faktı qeydə alınıb9-07-2018, 09:19. Yazar: sevinc1 |
İyul ayının 7-dan 9-dək daxili işlər orqanlarında respublikanın daxili işlər orqanları tərəfindən 175 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, baş verən cinayətlərin 21-i "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, məlumata görə, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb. aia.az Geri dön |