Ana Sayfa > Dünya > ABŞ-da helikopter yaşayış evinin üstünə düşüb, ölən var

ABŞ-da helikopter yaşayış evinin üstünə düşüb, ölən var


9-07-2018, 09:11. Yazar: sevinc1
ABŞ-da helikopter yaşayış evinin üstünə düşüb, ölən var


ABŞ-ın Vilyamsburq şəhərində (Virciniya ştatı) "Eurocopter EC 135" tibb helikopteri yaşayış evinə çırpılıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın federal mülki aviasiya idarəsindən bildiriblər.

Helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Qəzadan sonra güclü yanğın başlayıb. Hadisə yerində yanğınsöndürənlər və federal mülki aviasiya idarəsinin əməkdaşları işləyir.

Qəzanın səbəbi hələlik məlum deyil.

aia.az
Geri dön