Ana Sayfa > Siyasət > Ermənistan XİN başçısı: "Azərbaycan XİN rəhbəri ilə tezliklə görüş planlaşdırılır"
Ermənistan XİN başçısı: "Azərbaycan XİN rəhbəri ilə tezliklə görüş planlaşdırılır"7-07-2018, 15:44. Yazar: sevinc1 |
"Ermənistan üçün Dağlıq Qarabağa dair danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir". "Report"un verdiyi xəbər görə, bu barədə Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan "Şant" yerli telekanalına müsahibəsində bildirib. O həmçinin deyib ki, azərbaycanlı həmkarı ilə tezliklə görüş planlaşdırılır. "Sülhə səbəb olan atmosferdən danışarkən deyə bilərik ki, bu, geniş konseptə malik prinsipdir və buna atəşkəs rejiminin gücləndirilməsinə aid olan funksiyalar daxildir. Bizim tərəfimizdən heç nə dəyişməyib", - Z.Mnatsakanyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin monitorinq qrupunun genişləndirilməsi haqqında razılaşmaların yerinə yetirilməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarətin vacibliyi ilə bağlı söylədiyi fikri şərh edərək deyib. Geri dön |