Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Rusiyalı jurnalistləri Türkiyədən qovdular
Rusiyalı jurnalistləri Türkiyədən qovdular8-12-2015, 22:03. Yazar: admin |
Türkiyə hakimiyyət orqanları Rusiyanın “Россия 1” telekanalının çəkiliş qrupunu ölkədən çıxarıb Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rəsmi Ankaranın bu addımı Rusiya Xarici İşlər Nazirliyinin etirazına səbəb olub. Rusiya XİN bunu “qəbuledilməz hərəkət” adlandırıb. “Rusiyanın “Россия 1” telekanalının “Xüsusi müxbir” proqramının çəkiliş qrupunun üzvləri dekabrın 7-də Türkiyənin cənub-şərqində, Suriyanın Hatay vilayəti ilə sərhəddə saxlanıb. Qrup üzvləri Qaziantep şəhərinə gedərkən saxlanıblar. Rusiyalı jurnalistləri polis bölməsinə aparıblar. Orada onlara Türkiyədən deportasiya olunmaları barədə qərar verildiyi bildirilib” - deyə Rusiya XİN-dən bildirilib. Rəsmi Ankara isə Rusiya səfirliyinin nümayəndələrinin bununla bağlı sorğusunu cavablandırmaqdan imtina edib. Geri dön |